Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur. Bizim məqsədimiz Azərbaycanın suveren ərazilərini bərpa etməkdir.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, münaqişə artıq öz həllini tapmalıdır: “Biz bu münaqişəni gələcək nəsillərə saxlamamalıyıq”.
Prezidentin köməkçisi bildirib ki, Ermənistan müxtəlif ölkələrdən muzdlular gətirərək Azərbaycana qarşı istifadə edir: “Eyni zamanda, Ermənistan öz diasporasının köməkliyi ilə “qara bazar”dan silahlar alaraq mülki təyyarələr vasitəsilə Ermənistana daşıyır və həmin silahlardan Azərbaycanın mülki əhalisinə qarşı istifadə edir. Ermənistana mülki təyyarələr vasitəsilə silahların daşınması beynəlxalq qanunların, o cümlədən beynəlxalq mülki aviasiya qaydalarının kobud şəkildə pozulmasıdır. Beynəlxalq təşkilatlar Ermənistanın pozucu hərəkətlərinin qarşısını almalıdır”.