21 Oktyabr 09:45
1 806

Ermənistan Müdafiə Nazirliyi məğlubiyyətləri etiraf etmək üçün erməni cəmiyyətində zəmin yaradır və erməniləri bu xəbərlərə hazırlayır.

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan ictimaiyyətə açıqlamasında bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin yalnız kəmiyyət deyil, texniki üstünlüyü də var:

"Bəzi sahələrdə Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib. 12 dəfə çox, başa düşürsünüzmü, bu nədir? Bu müharibə tarixində, demək olar, heç vaxt olmayan və ya çox nadir hallarda olan şeydir”.

Onun sözlərinə görə, Azərbaycan fövqəldövlətlərin arsenalında olan texnikadan istifadə edir: “Bu, yeni PUA, yüksək dəqiqlik raketləri, raket-artilleriya kompleksi, REB sistemləridir. Biz beşinci nəslin müharibəsini görürük".


Müəllif: Teleqraf.com