28 Oktyabr 2020 16:20
23 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müharibədən sonra Ermənistanın indiki və əvvəlki hərbi-siyasi cəzalandırılmalıdır və cəzalandırılacaq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Azər Qasımlı deyib.

Ekspert savaş meydanında məğlub olan Ermənistanın Azərbaycanda dinc əhalini hədəf aldığını bildirib:

“Paşinyan dünən erməni xalqına müraciətində “Azərbaycana sarsıdıcı zərbə vuracağıq” dedi. Bir çoxları onun məhz Mingəçevir su anbarını vuracağını zənn etdilər. Lakin bu gün də Bərdə şəhərinə ballistik raketlə zərbə endirildi. Yenə də dinc əhalini hədəf aldılar. Ölən və yaralananlar var.

Ermənistanın hərbi-siyasi rəhbərliyi və şəxsən Baş nazir Nikol Paşinyan hərbi cinayətkarlardır. Dinc əhalini hədəf almaqdan başqa əllərindən bir iş gəlmir. “Sarsıdıcı zərbə” dedikdə məhz dinc əhalini vurcaqlarını nəzərdə tuturdu.

İndi də olmasa, müharibədən sonra Ermənistanın hazırkı və daha əvvəlki hərbi-siyasi liderləri həm bu müharibədə sivillərə qarşı törədiklərinə, həm də Xocalı qətliamına görə mütləq cəzalandırılmalıdır və cəzalandırılacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər