“Azərbaycanlılara qarşı “daha çox qan tök” çağırışı edən erməni keşişlər yenidən hərəkətə keçib. Cəbhədə işğalçı əsgərlərə baş çəkən din xadimləri erməni əsgərlərinə “müqəddəs su” içdirir və dua edirlər. Bundan başqa, Azərbaycana qarşı nifrət ehtiva edən ifadələri işlədirlər”.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Haber 7” saytı məlumat yayıb.
Nəşr qeyd edir ki, müharibə cəbhəsində ağır itkilər verən Ermənistan çarəni din adamlarını döyüş meydanına çəkməkdə görür:
“Müharibənin ilk günlərində erməni keşiləri cəbhədə silahlarla poza verirdilər, bu dəfə isə “müqəddəs su” içirdərək, dua edərək erməni əsgərlərinə xeyir-dua verirlər. Dinc insanlara hücum edən erməni ordusuna “daha çox qan tök” çağırışı edən keşişlər azərbaycanlılara qarşı nifrət ehtiva edən ifadələri işlətməkdən çəkinmirlər.
Cəbhədə görünən erməni keşişləri və ruhanilərin foto və videoları da yüzlərlə erməni hesablarından sosial şəbəkələrdə paylaşılır. Erməni ruhaniləri barışıqdan çox müharibəyə çağırışlar edirlər.
Azərbaycanla qarşıdurma başlayandan bəri bir çox keşişin erməni ordusunun cəbhəsinə getməsi sərt reaksiyalara səbəb olub. Erməni kilsələri ordunu yeni ərazilər işğal etməyə, daha çox insanı qanı tökməyə çağırışlar etdiyi bildirilir”.