2 Noyabr 2020 17:49
2 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Dağlıq Qarabağdakı qondarma rejimin “müdafiə nazirinin müavini”, polkovnik Artur Sarkisyanın öldüyünü etiraf edib.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armeniya” yayıb.

Artur Sarkisyan bu "vəzifəyə" bu il iyulun 4-də təyin olunmuşdu.

Qeyd edək ki, Artur Sarkisyanın məhv edilməsi ilə bağlı məlumatı Azərbaycanın Müdafiə Nazirliyi oktyabrın 29-da yaymışdı. Onun 1-ci ümumqoşun ordusu komandanın müavini olduğu məlum idi. Yayılan məlumatdan isə aydın olur ki, o həm də separatçıların “müdafiə nazirinin müavini” imiş.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər