3 Noyabr 2020 16:26
5 980
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müharibənin başlanmasının və Ermənistanın məğlubiyyətinin günahkarı Nikol Paşinyandır”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov bildirib.

“Ermənistanın başçısı Paşinyan Putinə yazdığı məktubda hərbi məğlubiyyətini etiraf etdiyini söyləyib. Putin Əliyev və Paşinyanla telefonla danışıqlar aparıb. Amma bunun nəticələri hələ məlum deyil. Ancaq aydındır ki, bunlar mümkün atəşkəs şərtlərinə dair danışıqlar idi. Azərbaycan nə qədər çox hərbi qələbə qazansa, təbii olaraq danışıqlardakı mövqeyini daha sərtləşdirəcək. Bundan əvvəl Paşinyan Əliyevin şərtləri ilə razılaşmalı idi. İndi isə Paşinyanın güzəştləri hərbi məğlubiyyətlərinə uyğun gəlmir.

Şuşa üçün döyüş başlayır. Görünür, müharibə Azərbaycan üçün tam hərbi qələbə ilə başa çatacaq. Müharibənin başlanmasının və Ermənistanın məğlubiyyətinin günahkarı Nikol Paşinyandır”, - Markov qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər