5 Noyabr 2020 10:16
3 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Müdafiə Nazirliyinin təqdim etdiyi Pilotsuz Uçan Aparat (PUA) döyüş dronu deyil”.

Teleqraf.com-un məlumatına görə, bu haqda jurnalist Elçin Alıoğlu məlumat verib.

Jurnalist Ermənistan tərəfinin yayımladığı video ətrafında ortaya çıxan iddiaların həqiqəti əks etdirmədiyini bildirib:

“Dünən Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan Qarabağdakı döyüşlərdən yeni video paylaşıb. Video PUA vasitəsilə çəkilib. Sosial şəbəkələr və bəzi KİV-lərimizdə həmin çəkilişin Rusiya istehsalı olan “Orion” PUA-sı vasitəsilə aparıldığı yazılıb. Bu, həqiqəti əks etdirmir.

Rusiyadakı AFK “Sistema”ya daxil olan “Kronştadt” şirkətinin istehsal etdiyi “Orion-E” orta yüksəklikli böyük uçuş sürətinə malik PUA-dır. Əsasən vizual, radiolokasiya və radiotexniki kəşfiyyat üçün nəzərdə tutularaq bəlirlənmiş bölgədə uzunmüddətli patrul uçuşlarında istifadə olunur. Bununla belə, “hava-yer” tipli 4 raketlə də təchiz oluna bilər. Ermənilərin istifadə etdikləri PUA isə “Krunk 25-2 Azniv”dir”.

Elçin Alıoğlu Ermənistanda istehsal olunan “Krunk” dronlarının ilk dəfə Xankəndidəki hərbi paradda nümayiş etdirildiyini bildirib:

“Bu PUA-nın qanadlarının ümumi uzunluğu 3,64 metr, hündürlüyü 70 sm, uçuş kütləsi - 50 kq, yükgötürmə qabiliyyəti 15 kq, kreyser sürəti 110 km/saat, maksimal sürəti - 140 km/saat, havada qalma sürəyi - 210 dəqiqə, siqnal ötürmə məsafəsi - 70 km, videosiqnal ötürmə məsafəsi - 100 km, maksimal uçuş yüksəkliyi 3500 metrdir.

Sadəcə, vizual və radiokəşfiyyat, görüntülər ötürmək və potensial hədəflərin koordinatlarını bəlirləmək üçün istifadə olunur. Yəni döyüş PUA-sı deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər