Ermənistan Hüquqşünaslar Palatasının sədri Ara Zohrabyan Baş nazir Nikol Paşinyanı istefaya verməyə dəvət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə palata sədri özünün Feysbuk hesabında yazıb.
Palata sədri qeyd edib ki, 9 bəndlik razılaşma beynəlxalq müqavilənin müddəlarını ehtiva edir.
Zohranyan əlavə edib ki, bu razılaşma Ermənistan ərazisindən keçməklə Azərbaycan və Naxçıvan arasında nəqliyyat əlaqələrinin yaradılmasına aiddir ki, bu da Ermənistan vətəndaşları üçün bu ərazilərdən istifadə baxımından müəyyən məhdudiyyətlər gətirə bilər.
Hüquqşünasın fikrincə, baş nazirə xalqın iradəsi xaricində belə bir sənədi xalq adından imzalamaq səlahiyyəti verilmir: “Fikrimcə, bu vəziyyətdən çıxış yolu Nikol Paşinyanın istefası ola bilər”.