10 Noyabr 2020 13:28
1 870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çiçəklənən Ermənistan Partiyasının parlamentdəki fraksiyasının deputatı Arman Abovyan erməni parlamentinin qarşısına toplaşan insanlarla görüşüb.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, deputat bütün gecəni parlamentdə keçirdiklərini bildirib.

O, həmçinin deyib ki, partiya tərəfindən imzaların toplanması başa çatıb: “Düşünürəm ki, digər partiyada buna imza atacaq və bundan sonra məsələ şurada qaldırılacaq. Beləcə parlamentin növbədənkənar iclası çağırılacaq. Hökumət və Nikol Paşinyan getməlidir. 45 günlük müharibə bizə utanc gətirdi. Bu hökumətin problemləri həll etmək iqtidarında olmadığını anladıq”.


Müəllif: Cavad

Oxşar xəbərlər