“Ermənistanın baş naziri xalqın adına alçaldıcı təslim müqaviləsi imzaladı”.
Teleqraf.com xəbər verir ki, bunu “Daşnaksütyun” partiyası Ali Məclisinin üzvü İşxan Saqatelyan deyib.
Onun sözlərinə görə, Paşinyan Qarabağda əməliyyatlar bitənədək xalqa yalan danışıb, yanlış məlumatlar verib:
“Bu dövrdə vəziyyətlə bağlı doğru məlumatları təqdim etməyə çalışan insanlar dərhal “cəmiyyətdə parçalanmaya töhfə verənlər” sırasına daxil edildi. Cəmiyyəti aldadaraq, son anda millətimizə və xalqımıza bir həqiqət təqdim edildi. Bu, reallıqdır, vəziyyətdən çıxış yolu tapmalıyıq. Nikol Paşinyanın xain fəaliyyəti üzündən ölkə müharibə ilə üzləşdi”.
İşxan Saqatelyan “Daşnaksütyun”un dəfələrlə baş nazirlə maddi-texniki və digər problemlər barədə danışdığını, lakin nəticəsiz qaldığını qeyd edib.