Ermənistan Silahlı Qüvvələrinin baş qərargahının rəisi Onik Qasparyan Bakı, Moskva və İrəvan arasında əldə edilmiş anlaşmadan danışıb.
Teleqraf.com xəbər verir ki, qərargah rəisi Ermənistan rəhbərinin bu qərarı onun təklifi ilə verdiyini bildirib.
“Baş nazir Paşinyan bu qərarı həm təklifimə, həm də vəziyyətin hərtərəfli qiymətləndirilməsinin nəticələrini nəzərə alaraq verdi. Bu qərar mütləq bir zərurət idi”, - Qasparyan qeyd edib.