11 Noyabr 2020 15:24
5 854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan bu gün Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Mənbə bildirib ki, bu gün Ermənistanın eks-prezidenti Serj Sərkisyana Milli Təhlükəsizlik Xidmətinə gəlmək üçün çağırış vərəqəsi göndərilib.

Sabiq prezidentin Təhlükəsizlik Xidmətinə çağırılma səbəbi rəsmi olaraq açıqlanmasa da, bunun Dağlıq Qarabağdakı son əməliyyatlarla bağlı olduğu ehtimal edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər