“Erməni tarixinə yazılacaq milli xəyanətlə qarşılaşırıq. Ermənistan Baş naziri Nikol Paşinyan və Arayik Arutyunyan qəsdən xəyanət etdilər. Bu düşünülmüş bir seçim və addım idi. Bildiyim qədəri ilə hərbi-siyasi rəhbərliyin heç biri yüksək vəzifəli şəxsi istefa etməyib və xəyanətin ortağı olurlar”.
Teleqraf.com xəbər verir ki, bunu Dağlıq Qarabağdakı keçmiş separatçı rejimin “xarici işlər nazirinin müşaviri” Qraçya Arzumanyan deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağın Azərbaycana təhvil verilməsini imzalayan Ermənistan hökuməti və Qarabağdakı rejim bu xəyanətə ortaqdırlar və hər biri bu günlərdə baş verənlərə öz töhfələrini verdilər:
“Mövcud şərait ölümcül bir təhlükədir. Bizi arxadan bıçaqladılar. Xəyanətlərini ört-basdır etmək üçün, hər yola əl atırlar. Erməni dövlətçiliyinin erməni xalqının nəzarəti altına qaytarılmasına təcili ehtiyac var, bundan sonra Ermənistanı xilas etmək və xainləri məsuliyyətə cəlb etmək vəzifəsini ortaya qoymaq mümkün olacaq”.