12 Noyabr 2020 13:42
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Xüsusi İstintaq Xidməti İrəvanda kütləvi nümayişlərin təşkili və keçirilməsi ilə bağlı cinayət işi çərçivəsində on müxalifət liderini saxlayıb.

Teleqraf.com xəbər verir ki, xidmət “Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Sarukyan, Daşnaksütyun partiyasının nümayəndəsi Geqam Manukyan, Respublika partiyası rəhbərinin müavini Eduard Şarmazanov, müxalifətçilər Suren Surenyants, David Ambardzumyan, Vətən partiyası idarə heyətinin üzvü Ara Saakyanın saxlanılması haqda məlumat verib.

Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi, general Artur Vanetsyan “kütləvi iğtişaşlar təşkil etmək” və “dövlət sirrini ehtiva edən sənədlərlə və ya kompüterlə işləmə qaydalarını pozmaq” ittihamı ilə həbs olunub.

Müxalif Milli Təhlükəsizlik Partiyasının rəhbəri Qarnik İsaqulyan, “Tək Ermənistan” partiyasının rəhbəri Artur Kazinyan, Daşnaksütyun partiyasının nümayəndəsi İşxan Saqatelyan “dövlət sirrini ehtiva edən sənədlərin və ya kompüter məlumatlarının işlənməsi qaydalarının pozulması” maddəsi ilə tutulublar.

Müxalifətçilər Vaxaqn Çaxalyan və Qraçya Qukasyan da saxlanılanlar arasındadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər