“Azərbaycan Ordusu möhtəşəm əməliyyat keçirərək Şuşanı faktiki əlbəyaxa döyüş nəticəsində götürdü”.
Teleqraf.com xəbər verir ki, bunu “Dojd” telekanalına müsahibəsində Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.
“Ermənilər iki məsələyə güvənirdilər: İkinci Dünya Müharibəsi dövründə azərbaycanlıların guya, döyüşə bilməməsi haqda hansısa uydurmaya və Rusiya ilə müttəfiqliyə.
Amma Azərbaycan Ordusu müasir silahların, maliyyələşmənin və hazırlığın hesabına Qarabağda parlaq əməliyyat keçirərək Ermənistanı faciəvi şəkildə məğlub etdi. Xüsusilə də Şuşada. Azərbaycan Ordusu möhtəşəm əməliyyat keçirərək şəhəri faktiki əlbəyaxa döyüş nəticəsində götürdü. Rusiya isə Ermənistanı “suya qoyub axıtdı”, - Saakaşvili bildirib.