13 Noyabr 2020 11:08
37 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Xankəndidəki erməniləri saxlamaq üçün hər il yüz milyonlarla vəsait tapa bilməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu hüquqşünas Sahib Məmmədov deyib.

Hüquqşünas bölgədəki son duruma diqqət çəkib:

“Rus əsgərlərinin əhatəsində yaşayacaq ermənilərin gəlir gətirən heç bir sahəsi yoxdur. Xankəndində və Ağdərədə ciddi bir istehsal mövcud deyil. Kəndlərdə də uzağı donuz saxlamaq mümkündür. Sentyabrın 27-dək isə vəziyyət başqa idi. Azərbaycanın işğal altında olan ərazilərində mədən sənayesi qurulmuşdu. Yalnız qızıl hasilatından yüz milyonlarla gəlir vardı və bunun da bir hissəsi orada yaşayanların təminatına yönəlirdi.

Mineral sular, tikinti matrealları, meşələrin qırılmasından gələn gəlirlər və hətta az da olsa turizm. Elektrik, qaz təhcizatı da Ermənistandan təmin olunurdu. Bank-maliyyə sistemi tam Ermənsitana aid idi. Bir də Ermənistanın dotasiyası.

Belə fərz edək ki, rus əsgərinin əhatəsinə yaşamağı planlaşdıran ermənilər Azərbaycan vətəndaşlığını təsdiq etməyə tələsmədi və bundan imtina etdi. Hətta Xankəndində yalançı da olasa, öz idarəetmələrini qurdular. Hətta “sarsaq respublikasının” əski parçasını da asdılar bəzi yerlərə. Nə baş verəcək? Donuz saxlamaqla dolana biləcəklərmi? Ermənistan onları saxlamaq üçün hər il yüz milyonlarla vəsait tapa bilcəkmi? İndi Ermənistan iqtisadiyyatı acıncaqlı vəziyyətdədir və yaxın illərdə düzələn deyil. Elektrik, qaz təhcizatını həyata keçirə biləcəkmi? Çətin. Belədə ermənilər yavaş-yavaş köçüb gedəcəklər. Başqa varinat qalmır”.

Sahib Məmmədov qeyd edib ki, Rusiya ermənilərə kömək etmək imkanında deyil:

“Deyirlər ki, onlara rus vətəndaşlığı verilə bilər. Bu halda vətandaşlıq alan erməni Soçiyə köçəcək. Onu orda zəncirlə də saxlamaq mümkün olmayacaq. Vətəndaşlğı bərpa edəcəklərsə, Bərdə ASAN mərkəzinə (sonra da Şuşa) gedib-gələcəklərsə, bizim manatdan istifadə edəcəklərsə, icra orqanları Azərbaycan dövləti tərəfindən təşkil ediləcəksə onda proses bizim planlaşdırdığımız kimi gedəcək. Əsas məsələ əldə etdiklərimizi möhkəmləndirməkdir. Mənim qənaətim budur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər