14 Noyabr 2020 00:12
4 565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol sadəlövh deyil, Qarabağın təhvil verilməsindən sonra onu nəyin gözlədiyini çox yaxşı bilirdi”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zaxaryan deyib.

“Əslində Nikol hamımızdan psixoloji olaraq o sənədə imza atdığı və xəyanət etdiyi andan uzaqlaşdı. Artıq Ermənistana rəhbərlik edə bilməyəcəyini çox yaxşı bilir. Ancaq ona təslim müqaviləsini başa çatdırmaq vəzifəsi verilib. Ona bu işdə “Mənim Addımım” fraksiyasının deputatları, bəzi yüksək rütbəli polislər və Ermənistanın gələcəyi ilə maraqlanmayan Ermənistanın laqeyd vətəndaşları kömək edir”, - Zaxaryan bildirib.

Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyanın əsas hədəfi dekabr ayına qədər daxildəki gərginliyə tab gətirməkdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər