Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyana qarşı iki maddə üzrə ittiham irəli sürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə MTX-nin sabiq direktorunun vəkili Ervand Varosyan bildirib.
E.Varosyan deyib: "A.Vanetsyanın saxlanılmasının qanunsuz olduğunu başa düşən istintaq tələsik olaraq ona qarşı iki maddə üzrə ittiham irəli sürülüb".
Onun sözlərinə görə, MTX-nin sabiq direktoru hakimiyyəti zorla ələ keçirmək niyyəti və N.Paşinyana sui-qəsd hazırlanmasında ittiham edilib