Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya və Azərbaycan prezidentləri ilə Qarabağla bağlı üçtərəfli razılaşmanın bəndlərini dəyişdirməyin mümkün olmadığını bildirib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə İrəvanda keçirdiyi mətbuat konfransında danışıb.
“Bəndlərin dəyişməsi hərbi vəziyyətin dəyişməsi deməkdir. Bu, indi real deyil”, - baş nazir qeyd edib.
Paşinyan danışıqların aparılmasının lazım olduğunu, sənəddə izaha ehtiyac olan müddəaların olduğunu söyləyib.