Ermənistan Prezidenti Armen Sərkisyan bu gün axşam saatlarında erməni xalqına müraciət edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni mediası prezidentin ofisinə istinadla xəbər yayıb.
Prezidentin adından yayılan açıqlamada qeyd edilir ki, son günlər hər kəs narahatlıq yaşayır: "Bəziləri narahatlığını açıq, bəziləri isə ağrılarını öz daxildə çəkib. Amma bizim ağrılarımız birdir - vətən. Sizi ayıq, təmkinli və sayıq olmağa dəvət edirəm. Bu gün axşam saatlarında xalqa müraciətim olacaq”.
Görünən budur ki, Ermənistan artıq vətəndaş müharibəsi astanasına qədəm qoyur. Baş nazir Nikol Paşinyandan sonra prezident Sərkisyanın da xalqa müraciəti ilə bunun qarşısını almağa cəhd olunur.