Mən bir nömrəli vəzifəli şəxs kimi baş verənlərə görə məsuliyyət daşıyıram. Burada uyğunsuzluq ola bilməz. Mən başa düşürəm, şərti olaraq xalqımızın məhkəməsi qarşısında dayanmalıyam. Ancaq bu vəziyyətdə hakim – xalq – işin bütün xüsusatlarını bilməli, hərbçilər, müxalifət və hökumətlə dialoq olmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu bu gün keçirdiyi onlayn mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
N.Paşinyan qeyd edib ki, o, nə Qarabağla bağlı danışıqların məntiqini dəyişdirməyə, nə də Ermənistanın müqavimət qabiliyyətini artırmağa müvəffəq olub.
Bununla belə N.Paşinyan əvvəlki ritorikasına sadiq qalaraq əlavə edib ki, indi ən vacib məsələ humanitar və digər problemlərlə birlikdə Qarabağın statusudur.