“Sənin yalançı xain olduğunu sübut edən bir sənəd təqdim edəcəyəm”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan deyib.
Minasyan Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycana rəslim bəyannaməsinə təklif əsasında imza atdığını, bununla ölkəsini çıxılmaz durumda qoyduğunu bildirib:
“Məsələn, sənədin bu versiyasında, Şuşa haqqında bir söz, bir nöqtə də yoxdur. Mehridən Azərbaycan üçün yeni bir yolun salınması doğru deyildi. Laçın dəhlizinin 5 km deyil, 10 km enində olması lazım idi. Bunun əhəmiyyətindən danışmaq belə lazımsızdır.
Eyni zamanda, hər iki tərəfin qoşunlarının öz mövqelərində dayandıqları barədə heç bir ifadə yoxdur. Sülhməramlı qoşunlar keçmiş DQMV-nin sərhədləri daxilində yerləşdirilməli idi”.
O, müharibə başlayana qədər Ermənistan üçün daha yaxşı seçimlər olduğunu, indi isə bunun əldən çıxdığını deyib:
“Danışıqlar masasına qayıtmaq şərti ilə kiçik güzəştlərlə müharibənin tez bir şəkildə dayandırılması təklif edildi, növbəti təklif - bir ərazinin güzəşti və məsələnin danışıqlar yolu ilə həll edilməsi və s. Ancaq kreslosuna yapışan bu dəli hər şeyi rədd etdi, ölkəni tamamilə məğlubiyyətə və təslim vəziyyətinə gətirdi, arxada minlərlə qurban, itirilmiş vətən, diz çökmüş bir xalq buraxdı”.