İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti etiraz aksiyası başlayıb.
Teleqraf.com xəbər verir ki, şəhərin mərkəzindəki Opera teatrının yaxınlığına yüzlərlə şəxs toplanıb.
Hələlik mitinq zamanı hər hansı bir insident qeydə alınmayıb.
Xatırladaq ki, N.Paşinyanın istefa tələbi ilə mitinqlər noyabrın 10-dan etibarən davam edir. Bu müddət ərzində onlarla saxlanan olub.