17 Noyabr 2020 01:16
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda müxalifət baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti aksiya keçirir.

Teleqraf.com xəbər verir ki, müxalif “Daşnaksütyun” partiyasının nümayəndəsi Qeam Manukyan Ermənistanın baş prokuroluğunun binası önündə keçirlən aksiya zamanı Paşinyana qarşı cinayət işi açılmasını tələb edib.

"Paşinyan öz hərəkətləri, qanunsuz əmrləri, təlimatları, addımları ilə etiraz səsini susdurmaq üçün siyasi repressiyanın, zorakılığın təməlini qoydu. Ölkəmizin təhlükəsizliyini və bütövlüyünü pozan, birliyimizi, demokratiya və söz azadlığını şübhə altına alan hərəkətlərinə görə Paşinyana qarşı cinayət işi açılmalıdır”, - deyə Manukyan bildirib.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan jurnalistlərə açıqlamasında bildirib ki, Paşinyana cinayət işi açılması “hüquq-mühafizə orqanlarının müqəddəs borcudur”:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər