Ermənistan prezidenti Armen Sarkisyan xalqa müraciət edib.
Teleqraf.com xəbər verir ki, o, müraciətində ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinin qaçılmaz olduğunu deyib.
“Ölkədə böhran vəziyyəti ilə əlaqədar Ermənistanda hakimiyyət milli razılıq hökumətinə verilməlidir”, - Armen Sarkisyan bildirib.
“Hökumət potensialı obyektiv qiymətləndirməli və qısa müddətdə bir sıra konstitusiya prosesləri üçün yol xəritəsini təqdim etməlidir, hansı ki, nəticəsi erkən parlament seçkiləri olacaq. Bundan əvvəl ölkədəki hakimiyyət yüksək ixtisaslı milli razılaşma hökumətinə keçməlidir", - deyə Sarkisyan vurğulayıb.