Bu gün Ermənistan parlamentinin 4 günlük iclası başlayıb. Parlamentin gündəliyində yalnız iki məsələ var. Bunlardan biri Ermənistanın 2021-ci il üçün büdcə layihəsidir.
Teleqraf.com xəbər verir ki, "Parlaq Ermənistan" və "Çiçəklənən Ermənistan" partiyaları parlamentin növbədənkənar iclasının çağırılmasını və yalnız Baş nazir Nikol Paşinyanın istefasının müzakirə edilməsini təklif ediblər.
Bu təklifi "Parlaq Ermənistan" Partiyasının rəhbəri və parlamentdəki fraksiyasının sədri Edmon Marukyan, Çiçəklənən Ermənistan Partiyasından olan deputatlardan Naira Zohrabyan, Mixael Melkumyan, İveta Tonoyan, Gevorq Petrosyan, həmçinin Aram Abovyan tərəfindən irəli sürülüb.
Onlar Baş nazir Paşinyanın səriştəsizliyini vurğulayaraq istefası üçün israr ediblər. Parlament müxalifətinə görə, Paşinyan ali baş komandan vəzifəsinin öhdəsindən gələ bilməyib və Qarabağdakı müharibədə məğlub olub, Şuşa məsələsində biabırçılığa imza atıb.