“Nikol Paşinyan noyabrın 10-da təslim olmağın təməlini 2018-ci ildə xarici dövlətlərin vasitəsilə atdı. Xalqımızı ibtidai düsturla aldatdılar: “pis yaşayırsınız”, “sizi qarət edirlər” və s”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan deyib.
Onun sözlərinə görə, xarici qüvvələr müharibə elan etmədən, qan tökmədən Ermənistanı ələ keçiriblər:
“Xarici qüvvələrin ölkəmizi idarə etməkdən imtina etməsi asan olmayacaq, çünki proqramları tam yerinə yetirilməyib və xüsusən də Rusiyanın bölgədəki varlığı və nüfuzu artdıqdan sonra. Bu qüvvələr Nikol Paşinyanı qurban verməyə qərar verə bilər və başqası vasitəsi ilə ölkəmizə nəzarətini davam etdirməyə davam edə bilər. Ermənistan müdafiəsiz bir dövlətə çevrildi”.