18 Noyabr 2020 08:45
1 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik üzrə Daimi Komissiyasının sədri Andranik Koçaryan qanunverici orqanın tribunasında ölkənin Müdafiə Nazirliyinin Qarabağ müharibəsindəki əməliyyatları haqqında aşağılayıcı fikirlər səsləndirib.

Parlamentin komissiya sədri bildirib ki, Ermənistan ordusu mövcud deyil. "Ordu praktik olaraq yoxdur, onlar ancaq silahlı şəxslərdir", - deyə Andranik Koçaryan qeyd edib.

Andranik Koçaryan qeyd edib ki, Ermənistan ordusunun məsul şəxslərinin cəzasızlığı ölkənin təhlükəsizliyi üçün böyük riskdir.

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti isə öz növbəsində deputatın fikirlərinə qəti etiraz edib: "Biz müharibə dövründə ordunun rolunu bu qədər çox kiçiltməyə çalışmasını Koçaryanın vicdanının öhdəsinə buraxırıq".

Nazirlik bildirib ki, bu açıqlama minlərlə erməni hərbçi üçün təhqirdir.

"Əgər Koçaryan həqiqətən belə düşünürsə, onda Müdafiə Nazirliyi əsgərdən zabitədək hərbçilərin qarşısında üzr istəməsi şərtilə onu Ermənistan ordusunda məmnuniyyətlə müşayiət edəcək. Hər kəs qarşısında", - nazirliyin bəyanatında deyilir.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər