18 Noyabr 2020 10:44
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin təxminən 80 faizini dəyişdirməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni mətbuatı hökumət daxilindəki mənbələrinə istinadən xəbər yayıb.

İddia edilir ki, hazırda Ermənistan hökumətinin əsas qərarvericiləri bir sıra nazirləri dəyişmək üçün kadr axtarışına çıxıb.

İddiaya görə, əmək və sosial məsələlər üzrə nazir Z.Batoyan, təhsil, elm, mədəniyyət və idman naziri A. Harutyunyan, səhiyyə naziri A.Torosyan, iqtisadiyyat naziri T.Xaçatryan, müdafiə naziri D.Tonoyanın yaxın günlərdə Nazirlər Kabinetini tərk edəcəyi gözlənilir. Həmçinin müdafiə nazirinin bir neçə müavininin də nazirlə birlikdə vəzifələrindən gedəcəyi bildirilir.

Erməni mətbuatının ehtimalına görə, Baş nazir Nikol Paşinyanın fikrincə, adı çəkilən nazirlər hərbi vəziyyət rejimi dövründə hərəkətsiz olublar, hökumətin maraqlarını müdafiə etməyə səy göstərməyiblər və buna görə də istefaya getməlidirlər.

Həmçinin hökumətdə təmsil olunan, amma cəmiyyət daxilində nüfuzu olmayan yüksək çinli məmurlarında hökumətdən ayrılması ciddi məsələ kimi qoyulub.

Xatırladaq ki, Ermənistanda onsuz da istefa dalğası müşahidə edilir. Faktiki olaraq ölkənin xarici siyasətini idarə edən nazir və müavinləri istefaya gedib.


Müəllif: Cavad

Oxşar xəbərlər