Video əlavə olunub.
***
13:10
“Çiçəklənən Ermənistan” Partiyasının Siyasi Şurası Ermənistan Prezidenti Armen Sərkisyana suallar göndərib.
Teleqraf.com xəbər verir ki, Siyasi Şura dövlət başçısından ölkədə baş verənlərə görə izahat tələb edib.
Partiyanın müraciətində deyilir:
“Ermənistan Prezidenti Armen Sərkisyan xalqa bir mesaj verdi. Ermənistanın parlament və qeyri-parlament qüvvələri, habelə müxtəlif diaspor dairələri ilə görüşlər və məsləhətləşmələr nəticəsində hazırlanan bir yol xəritəsi təqdim etdi. Ermənistan Respublikasının Konstitusiyasına görə ölkənin təhlükəsizliyinin qarantı olan Armen Sərkisyanın ziddiyyətli təəssürat yaradan çıxışını diqqətlə dinlədik.
Beləliklə, Ermənistan prezidentinə iki sual veririk:
1. Qeyd edirsiniz ki, Nikol Paşinyan hakimiyyəti keçid hökumətinə təhvil verərək istefaya getməlidir. Bu, baş nazirin istefasını tələb edən 17 müxalifət partiyasının mövqeyini tam bölüşdüyünüz və tələbə qoşulduğunuz deməkdir?
2. Təqdim etdiyiniz yol xəritəsi, mümkünsə Nikol Paşiyanın hakimiyyətini uzatmaq məqsədini güdür?
Bu iki suala aydın və birbaşa cavab vermirsinizsə, onda Dağlıq Qarabağın təhvil verilməsinə dair bütün məsuliyyəti digər səlahiyyətlilərlə bərabər bölüşdüyünüzü bildirməliyik. Ermənistan prezidentindən bu iki suala səmimi cavab gözləyirik”.
Əlavə edək ki, Armen Sərkisyan ötən gün Baş nazir Nikol Paşinyanı istefaya çağırıb.