"Rusiya Prezidenti Vladimir Putin ermənilərə Paşinyanı devirməməyi tövsiyə etdi"
Teleqraf.com xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov deyib.
“Putin “Rusiya 24” müxbirinə Dağlıq Qarabağ mövzusunda 40 dəqiqəlik uzun bir müsahibə verdi və müsahibədə bu məsələ 2 dəfə tamamilə təkrarlandı. Hesab edirəm ki, əsas məsələ budur. Belə anlaşıldı ki, Paşinyanı indi devirməyə ehtiyac yoxdur. Bu, bir neçə dəfə diplomatik qaydada söylənilib. Məncə, müsahibənin əsas səbəbi budur. Göründüyü kimi, bu gün İrəvanda Paşinyanın küçədən devrilməsinin real ehtimalı var”, - Markov qeyd edib.
Ekspertə görə, Rusiya lideri müsahibədə Türkiyənin bölgədəki roluna hörmətlə yanaşdığını bildirib:
“Türkiyəyə böyük hörmət dilə gətirildi. Fransa və ABŞ-a da hörmətlə yanaşır. Yəni Rusiyanın bu münaqişənin həllində liderlik yükünü öz üzərinə götürdüyünə görə inciməsinlər”.