18 Noyabr 2020 12:01
2 586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın həyat yoldaşı Rita Sərkisyan müalicə üçün xaricə aparılıb.

Teleqraf.com xəbər verir ki, bunu İrəvandakı “Nairi” tibb mərkəzinin direktoru Anatoli Qnuni “Sputnik Ermənistan”a açıqlamasında deyib.

“Onun xaricdə müalicəsi barədə qərar yaxınlarının istəyi ilə qəbul olundu. Nəql zamanı Rita Sərkisyan ağır vəziyyətdə idi”, – deyə A.Qnuni qeyd edib.

Tibb mərkəzindəki mənbə “Sputnik Ermənistan”a bildirib ki, R.Sərkisyanın xəstəliyinin səbəbi koronavirus infeksiyasıdır. O, Almaniyadakı tibb mərkəzlərindən birinə aparılıb.

Əvvəllər məlum olmuşdu ki, Ermənistanın keçmiş birinci xanımı ağır vəziyyətdə “Nairi” tibb mərkəzinin reanimasiya şöbəsindədir.

İxtisasca musiqi müəllimi olan R.Sərkisyan 1962-ci ildə Azərbaycanın Xankəndi şəhərində dünyaya gəlib.


Müəllif: Səxavət

Oxşar xəbərlər