Ermənistan parlamentinin yaxınlığında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirilir.
Teleqraf.com-un məlumatına görə, etirazçılar hakim “Mənim addımım” partiyasının deputatlarını aksiyaya qoşulmağa çağırır.
Etirazçıların “Ar olsun!”, “Satqınlar!” kimi şüarları səsləndirir.
Qeyd edək ki, İrəvanda aksiyalar noyabrın 10-dan etibarən davam edir.