18 Noyabr 2020 15:29
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər bir qrup vətəndaş Ermənistan parlamentinin qarşısında Baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyasına başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Etirazçıların fikrincə, atəşkəs bəyanatının icrası və yeni şərtlərin yaradılması yalnız Nikol Paşinyanın istefasından sonra mümkündür. Etirazçılar Nikol Paşinyanın məğlub bir lider olduğunu və vəzifəsindən mümkün qədər tez getməli olduğunu da vurğulayırlar:

“Paşinyan həmişə Qarabağ məsələsinin həlli ilə bağlı xalqın rəyini soruşmalı olduğunu söylədi, lakin qərarı xalqın arxasında gizlənərək verdi və buna görə də getməlidir”.

İştirakçılar “Mənim Addımım” fraksiyasının millət vəkillərini də tənqid ediblər. Millət vəkillərinin onlara qoşulacaqlarına və ölkədə elan edilmiş hərbi vəziyyətin ləğvi üçün əllərindən gələni edəcəklərinə ümid etdiklərini söyləyirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər