18 Noyabr 2020 19:38
1 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanın Azadlıq meydanında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə müxalifətin növbəti mitinqi başlayıb.

Teleqraf.com xəbər verir ki, mitinqdə həmçinin dünən Ermənistan İstintaq Komitəsinə çağırılan müxalifət liderləri də qatılıb.

“Paşinyan getməlidir, çünki onun qeyri-ciddi rəhbərliyi altında biz vəziyyəti dəyişdirə bilməyəcəyik”, - Daşnaksütyun Partiyasının üzvü Geqam Manukyan deyib.

Aksiya iştirakçıları qeyd ediblər ki, təkcə ölkə daxilində deyil, xaricdə də Paşinyanın nüfuzu aşağı düşüb.

Bu arada Paşinyan hökumət binasından çıxaraq onu dəstəkləyən bir qrup insanla görüşüb və hər kəsdən evə dönməyi xahiş edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər