19 Noyabr 2020 10:18
4 668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan müdafiə nazirinin sabiq müavini (2000-2008), general-leytenant, Respublika Partiyasından olan keçmiş deputat Manvel Qriqoryan ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Respublika Partiyasının üzvü Karen Avaqyan özünün sosial şəbəkədəki səhifəsində məlumat verib.

O, “Artsaxın qəhrəmanı” olan Manvel Qriqoryanın 65 yaşında İrəvanda öldüyünü bildirib.

Qeyd edilir ki, M.Qriqoryan ağır xəstə olmasına baxmayaraq, müharibə başladıqdan sonra Dağlıq Qarabağa gedib. Lakin oktyabrın 20-də vəziyyəti kəskin şəkildə pisləşib və həkimlərin tələbi ilə təcili olaraq Ermənistana aparılıb və orada reanimasiyaya yerləşdirilib.

Manvel Qriqoryan Ermənistan parlamentinin keçmiş üzvüdür. 2018-ci ilin iyun ayında ona qarşı cinayət işi açılıb.

O, qanunsuz silah-sursat saxlama, 100 milyon dramdan (200 min dollardan çox) dəyərində əmlakı mənimsəməkdə, vergidən yayınma və dövlət əmlakını talamaqda (1 milyard dramdan çox) günahlandırılıb.

Onun həyat yoldaşı Nazik Əmiryan da ittiham olunub.

M.Qriqoryan həbsə atılmışdı, lakin 2020-ci ilin yanvarında məhkəmə onu sağlamlıq səbəbilə və ölkəni tərk etməmək şərti ilə azadlığa buraxıb. Keçmiş deputat onkologiya və diabet də daxil olmaqla bir sıra ağır xəstəliklərdən əziyyət çəkirdi.

O, birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı əsirlərə olmazın işgəncələr verməklə məşhurlaşıb. Xocalı qətliamını törədənlərdəndir. Ləqəbi "Tuşenka Manvel” idi.

2018-ci il iyunun 16-da Milli Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində M.Qriqoryana məxsus evlərdə silah-sursat, hərbi və xüsusi texnika ilə yanaşı cəbhə bölgəsi üçün yığılmış tibbi ləvazimat, ərzaq aşkarlanıb. “Əsgər payı” adlı pörtlədilmiş ət konserv bankalarının (tuşenka) bir hissəsinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində gizlətdiyi məlum olub.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər