20 Noyabr 2020 10:43
10 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Erməni işğalı dövründə Qarabağda qanunsuz biznes qurmuş bütün xarici şirkətlərin fəaliyyəti monitorinq edilməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert Fransanın Azərbaycana yönəlik pozucu fəaliyyətinə də diqqət çəkib:

“Fransa Prezidenti Emmanuel Makronun Qarabağda erməni irsinin qorunması barədə şivəninin arxasında iqtisadi maraqlar dayana bilər. Maliyyə sektoru kuklasının sentimental hislərə qapılacaq biri olması inandırıcı görünmür. Odur ki, Azərbaycan hakimiyyəti erməni işğalı dövründə Qarabağda qanunsuz biznes qurmuş bütün xarici şirkətlərin fəaliyyətinin monitorinqini aparmalı və bunun nəticəsində ölkəyə dəymiş ziyanı hesablamalı olan xüsusi işçi qrup yaratmalıdır.

Həmin monitorinq zamanı Fransa şirkətlərinə xüsusi diqqət yetirilməlidir. Yoxsa bunları susdurmağın başqa effektiv yolu olmayacaq. Susdurmaq da zamanında lazımdır, əks halda iş işdən keçəndən sonra bunun nə mənası olacaq, nə də nəticəsi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər