20 Noyabr 2020 13:42
3 709
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yaxın günlərdə Ermənistan hökumətində ciddi dəyişikliklər olacaq. Baş nazir Nikol Paşinyanın cəmiyyətdə gözləntilər yaratmaq və yol xəritəsini həyata keçirməyə başladığını göstərmək üçün hökumətin 80% -ni dəyişdirməyə qərar verdiyi barədə məlumatlar var”.

Teleqraf.com xəbər verir ki. Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, hakim “Mənim addımım” fraksiyası və daimi parlament komissiyaları Paşinyanla müzakirələr aparır və nazir vəzifələrinə kimləri təyin edəcəklərinə qərar verirlər.

Beləliklə, səhiyyə naziri vəzifəsinə Səhiyyə və Sosial məsələlər daimi komissiyasının rəhbəri David Məlik-Nübaryan, parlamentin Müdafiə və Təhlükəsizlik komitəsinin sədri Andranik Köçəryan müdafiə naziri, Elm, Təhsil, Mədəniyyət, Diaspor, İdman və Gənclik komitəsinin sədri Arevik Anapiosyan təhsil, mədəniyyət, elm və idman naziri vəzifəsinə təyin edilib.

Ancaq əldə etdiyimiz məlumata görə, Nikol Paşinyan Andranik Köçəryanı müdafiə naziri postuna təyin etməyə meylli deyil. Onun müşaviri Vaqarşak Arutyunyan bu posta ən çox ehtimal olunan namizəd hesab olunur. Arevik Anapiosyan da bizimlə söhbətində nazir təyin olunması ilə bağlı məlumatları təkzib etmədi, ancaq xəbərdar olmadığını bildirdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər