21 Noyabr 2020 17:04
2 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nikol Paşinyan dövlət başçısı olmağın məsuliyyətini başa düşmür”.

Teleqraf.com xəbər verir ki, bunu Erməni Milli Konqresinin üzvü Levon Zuryabyan deyib.

“Nikol Paşinyan məsuliyyətdən canını qurtardı, o, “bir qarış torpaq da verilməyəcək” tezisini dəstəkləyənlərin lideri oldu və xalqı fəlakətli bir yola yönəltdi”, - Zurabyan qeyd edib.

O, Nikol Paşinyanda doymaz və ağrılı bir tamahın olduğunu da bildirib: “Beynəlxalq siyasətdə, geosiyasi və hərbi məsələlərdə tamamilə savadsızdır. Tarixə torpağı təhvil verən şəxs olaraq düşəcəyini ağlına gətirmədi”.

Levon Zurabyan Nikol Paşinyanın Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyana Moskvaya getmək və hələ mümkün olanı xilas etmək üçün danışıqlar aparmaq üçün mandat verməkdən imtina etdiyini söyləyib:

“O, reallıqdan tamamilə uzaq olduğunu və öz xəyallarında yaşadığını nümayiş etdirdi. Xalq artıq bu hökuməti qəbul etməyəcək. Nikol Paşinyan Ermənistanı məhv etdi. Aydın məsələdir ki, Nikol Paşinyan hakimiyyətə yapışmağa davam edəcək. Qoy Nikol Paşinyan xalqın itirilmiş ləyaqətini bərpa edə bilməsi üçün aprel-may aylarında seçki elan etsin”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər