21 Noyabr 2020 12:03
18 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın müdafiə naziri Sergey Şoyqu İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə Qarabağda sülhün bərqərar olması üçün çox iş görülməli olduğunu söyləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

“Qarşıda böyük iş gözlənilir, ümid edirəm ki, bu dəfə Qarabağda dinc həyat qurulacaq. Əlbəttə, bizim əsas vəzifəmiz qan tökülməsinin qarşısını almaqdır. Bu, bizim ali baş komandanımızın qarşımıza qoyduğu vəzifədir və biz bunu qətiyyətlə yerinə yetirmək niyyətindəyik”, – deyə mətbuat xidməti Şoyqunun sözlərindən sitat gətirib.

O, Ermənistan baş naziri ilə görüşdə Rusiya sülhməramlılarının fəaliyyəti, hərbi və hərbi-siyasi sahələrdə ikitərəfli əməkdaşlıqla bağlı məsələləri müzakirə etməyi planlaşdırdığını qeyd edib. “Biz böyük bir proqramla gəlmişik və onu həyata keçirəcəyimizə ümid edirik”, – deyə mətbuat xidməti Şoyqudan sitat gətirir.

O, həmçinin Rusiya sülhməramlılarının 23 müşahidə məntəqəsi ilə demək olar ki, Qarabağın bütün ərazisində yerləşdiyini söyləyib: “Biz Xankəndiyə gedən yola, Laçın dəhlizinə nəzarət edirik, nəqliyyatın hərəkətini, qaçqınların geri dönməsini təmin edirik”.


Müəllif: Səxavət

Oxşar xəbərlər