“Ermənistanın gücü qalmadı. Baş nazir tamaşanın son pərdəsini oynayır. Buna görə də, yeni seçkilər olmayana qədər hamı eynidir, səndən başlayaraq Nikola qədər”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş ədliyyə naziri Arpina Avanseyan deyib.
“Yenidən keçmiş ağır günlərə, sərvətin kor etdiyi keçmiş rejimə, bu müddət ərzində xainin yanında olanların yanına qayıtmaq olmaz. İndi oliqarxiyanın yeni təbəqəsi meydana çıxıb”, - Avanesyan qeyd edib.
Keçmiş nazir Ermənistanda "dürüst insanların", xalqa yalan danışmayan siyasətçilərin hakimiyyətə gəlməli olduğunu söyləyib.
Arpina Avanesyan Baş nazir Nikol Paşinyanın erməni xalqı və ordusunu ləkələdiyini deyib:
“Patoloji yalançı, məğlubiyyətin simvolu olan bir şəxs erməni xalqının lideri ola bilməz. Onun (Paşinyanın) tamahı sonsuzdur, təhsil və savadı aşağıdır. Nə istəyir etsin, heç kim ondan qorxmur. Heç kim onunla maraqlanmır. Yanındakılar belə. O, saxta insan ölümündən zövq alanların qəhrəmanıdır. O, səlibçidir. Hakimiyyətə tabutla gəlib, tabutla da gedəcək. Paşinyanın iqtidarda qalmağı Azərbaycanı sevindirir”.