“Vaqarşak Arutyunyanın müdafiə naziri təyin edilməsi keçmiş nazir David Tonoyanın “kadrlarını” qorxuya salıb”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazıb.
Nəşrin Ermənistan Müdafiə Nazirliyindəki mənbələrinə görə, bir sıra idarə rəisləri və orta səviyyəli məmurlar sistemdən mümkün qədər tez ayrılmaq barədə düşünürlər:
“Onlar Vaqarşak Arutyunyanın tezliklə David Tonoyanın adamları ilə hesablaşmağa başlayacağını ehtimal edirlər. Artıq Qarabağdakı məğlubiyyətə görə, “günah keçiləri” və “yeni şübhəlilər”i xalqa təqdim edirlər. Arutyunyanın xarici işlər nazirinin keçmiş müavini Andranik Köçəryanın sevilmisi olduğu da gözardı olunmur.
Bildiyiniz kimi, müharibədən sonra Andranik Köçəryan açıq şəkildə, lakin bundan əvvəl gizli şəkildə David Tonoyana qarşı əks-kampaniya apararaq istefasını istəmişdi”.