24 Noyabr 2020 16:45
9 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub.

***

12:22

“Ermənistanın müstəqilliyinin ilk illərindən bəri nəhəng kapital toplamış Xaçatur Sukiasyan Paşinyanın hakimiyyətində olduğu iki il yarımda ən imtiyazlı iş adamı statusunu aldı”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “İrates” qəzeti yazıb.

“O, bu müddət ərzində çox sayda müəssisə açdı və yüksək rütbəli şəxslərin ən sevimli təşəbbüskarına çevrildi.

“Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyan da Feysbuk səhifəsində rəsmi şəxslərin saxtakar və qanunsuz fəaliyyətlərinə pul ayıran iş adamlarının şəkillərini yayımladı. Maraqlısı budur ki, son 30 ildə öz cəmiyyətini incidən və parçalanmaya səbəb olan saxtakarlıqları maliyyələşdirən, doymayan bir susuzluq yaşayan bu iş adamı (Sukiasyan) doymadı, heç vaxt doymadı”, - nəşr bildirib.

“İrates” Xaçatur Sukiasyanın Baş nazir Paşinyanın əsas dəstəkçilərindən, hakimiyyətdə qalmasını maliyyələşdirən əsas güclərdən biri olduğunu yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu