24 Noyabr 2020 15:47
6 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən və ailəm Ermənistan Respublikasında yaşayırıq və yaşayacağıq.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan bildirib:

O, Ermənistanı tərk etmək fikrində olmadığını bildirib: “Sarı mətbuatın tirajladığı dedi-qoduya diqqət yetirməyə məcbur oldum. Saxta xəbər alqı-satqısı ilə məşğul olanları məyus etməliyəm, mən və mənim ailəm Ermənistan Respublikasında yaşayırıq və yaşamağa davam edəcəyik. Ermənistanı hər hansı formada və ya statusda tərk etmək niyyətim və istəyim yoxdur.

Və mənim personamla maraqlananlara çağırış edirəm – bu gün mənim və ailəm haqqında dedi-qodu etməkdən daha vacib məsələlər var”.


Müəllif: Səxavət

Oxşar xəbərlər