24 Noyabr 2020 22:54
3 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni hüquq müdafiəçisi Ruben Məlikyan Baş nazir Nikol Paşinyanın əmrini yerinə yetirməyə razı olan hakimləri tənqid edib.

Teleqraf.com xəbər verir ki, Məlikyan məhkəmə hakimlərinin Paşinyanın siyasi sifarişlərini yerinə yetirdiyini bildirib.

“Bir neçə gün əvvəl vətən xaini Nikol Paşinyanın istefasını tələb edən insanlara qarşı dövlət sifarişlərini icra edən hakimlərin adlarını açıq şəkildə təqdim edəcəyimə söz verdim. Hakimlər arasında Şuşanı təhvil verən adamın olmayacağına ümid edirdim. Ancaq təəssüf ki, bunlar da oldu.
Beləliklə, türklər qarşısında diz çökmüş hakimlərin adlarını açıqlayıram.

Onların başında Karen Farxoyan durur. O, İrəvan şəhər birinci instansiya məhkəməsinin hakimidir. Hakim Farxoyan bir neçə gün əvvəl əsas xainin istefası tələbi ilə etiraz aksiyasında iştirak edən üç ictimai xadimin mənzillərində axtarış aparılması üçün sərəncam verdi, küçələri bağladı. Hakim Farxoyanın bu qərarları yalnız antimilli xarakter daşımır, həm də tamamilə qanunsuzdur. O, siyahının “qəhrəmanı”dır”, - hüquqşünas bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər