25 Noyabr 2020 16:07
4 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan müxalifətin istefa çağırışlarına cavab verib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə TASS agentliyinə müsahibəsində danışıb.

Jurnalistin “İmzaladığınız üçtərəfli bəyanat Ermənistanda şiddətli etirazlara səbəb oldu və hətta istefanızı tələb edir. Əldə olunmuş razılaşmaları pozmaq təhlükəsi varmı?” sualına Paşinyan belə cavab verib:

“Daxildə siyasi gərginlik var, amma həqiqət budur ki, müxalifət tərəfindən edilən çağırışlar erməni cəmiyyətində geniş təbliğata çevrilmədi. Düşünürəm ki, xalq tərəfindən qurulan hakimiyyət məsələsi yalnız xalqın iradəsi ilə həll edilə bilər. Fakt budur ki, müxalifət tərəfindən edilən çağırışlar erməni cəmiyyətindən dəstək almır. Bunu bildirmək lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər