“Nikol Paşinyan Ermənistana yox, öz şəxsi maraqlarına xidmət edir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi, general Artur Vanetsyan deyib.
“Nikol Paşinyanın bütün addımları öz hakimiyyətini və gücünü qorumağa yönəlib. Onun bundan başqa niyyəti yoxdur. Gücünü qorumaq, bu gücdən zövq almaq istəyir.
O, Ermənistan Respublikasına xidmət etmir. Paşinyan yalnız öz maraqlarına xidmət edir və şəxsi rifahını artırır”. - Artur Vanetsyan qeyd edib.