“Ermənistanın baş naziri məğlubiyyət damğasını götürmək əvəzinə hər kəsi - parlamenti, cəmiyyəti, Silahlı Qüvvələri, Milli Təhlükəsizlik Xidmətini, generalları ittiham etməyə çalışır”.
Teleqraf.com xəbər verir ki, bunu parlamentdəki “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Gevorq Qorgisyan deyib.
“Onun ehtiyatlı davranacağına ümid edirdik. Ümid edirəm ki, parlamentdəki siyasi çoxluq (Paşinyanın partiyasının üzvləri) hələ də ehtiyatlı davrana, bizi yarı yolda qarşılaya, yəni baş nazirin istefasını tələb edə bilər”, - deputat bildirib.
Gevorg Qorgisyan qeyd edib ki, Nikol Paşinyan tutduğu postdan getməli, ölkənin çətin vəziyyətdən daha güclü çıxmasına imkan verməlidir