Ermənistan Ali Məhkəmə Şurasının üzvləri hökumət binasında Baş nazir Nikol Paşinyanla görüşürlər.
Teleqraf.com erməni mediasına sitinadən xəbər verir ki, Ali Məhkəmə Şurasının üzvləri jurnalistlərə görüşün gündəliyindən məlumatsız olduqlarını deyiblər.
Onlar belə bir görüşün məhkəmə sisteminə təzyiq olub-olmadığına dair suala cavab verməyiblər.
Bundan əvvəl Baş nazir Paşinyan Ali Məhkəmənin Şura üzvləri və məhkəmə sədrləri ilə görüşüb. Erməni mətbuatı hələ o zaman qeyd edirdi ki, bu faktın özü nüxalifətə qarşı repressiyalar zamanı məhkəmə üzərində nəzarəti təmin etmək cəhdidir.