Bu gün bütün ermənilərin katolikosu II Qaregin Ermənistan Baş naziri Nikol Paşinyanın istefasını tələb edən insanlarla görüşərək onlardan aclıq aksiyasını dayandırmağı xahiş edib.
Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, aclıq aksiyası keçirən fəallar Qareginin xahişini nəzərə alaraq aclıq aksiyasını dayandırıblar.
Bununla belə erməni fəalları Paşinyanın istefası tələbindən vaz keçmədiklərini qeyd edirlər.